Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: "Albaniya konfederasiyasını quran və əsasını təşkil edən türklərdir"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə fərqlənən türk tayfalarıdır" adlı buraxılışda tarix elmləri doktoru, professor Təvəkkül Səlimov Albaniyaya daxil olan tayfaların məişətindən və mədəni irsindən söz açıb.
O bildirib ki, azərbaycanlıların əsas etnik tərkibini Oğuz boyları təşkil edir və türk soylarının eradan əvvəl Qafqaz ərazisində mövcudluğunu sübut edən çox sayda faktlar var.
Onun sözlərinə görə, Alban və Ağvanlar yalnız çadırın üstünün rənginə görə fərqlənən türk tayfalarıdır: "Albaniya konfederasiyasını quran və əsasını təşkil edən məhz türklər olub. Amazonkaların yaşam tərzi protürklərin ənənəsi ilə eynidir. Türkanda tapılan heykəl Amazonkaların yaşadığı ərazini və türk olduğunu sübut edir. Albaniyanın ikinci paytaxtı Bərdənin adı Amazonkalarla bağlıdır".
Tarixçi alim Qərbi Azərbaycan toponimlərinin 70%-dən çoxunun türk dilində olduğunu da deyib.
T.Səlimov vurğulayıb ki, azərbaycanlılar köçəri yox, yarımköçəri olublar və yaratdıqları mədəni irs bu yaşam tərzi ilə bağlıdır: "Azərbaycanlıların yaratdığı mədəni irs onların yarımköçəri yaşamı ilə bağlıdır. "Kitabi Dədə Qorqud"da adı çəkilən mərasim yeməkləri türk mətbəx mədəniyyətinin qədimliyini sübut edir".
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"
- Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub"
- Qərbi Azərbaycan Xronikası: Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar - Türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Hamamlının ərazisi müalicəvi turşsuyla zəngin idi"