Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, xüsusilə ticarət-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Qaynar xətt:
(055) 224 12 12