Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay müddətinə uzatmaq niyyətindədir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, sanksiya rejiminin özü isə dəyişməz qalacaq.
Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildə Ukrayna münaqişəsilə əlaqədar olaraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.
L.Ə.