Ermənistan hərbi əməliyyatların dayandırılmasını istəyir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
“Ermənistan hərbi əməliyyatların dayandırılmasının və 1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminin bərpasının, eləcə də hərbi bölmələrin 2016-cı ilin aprelin 1-nə qədər tutduqları mövqelərə qaytarılmasının tərəfindədir”, - Serj Sarkisyanın sözlərini prezidentin mətbuat xidməti sitat gətirib.
Ermənistan Qarabağ nizamlanması üzrə kompromisə hazırdır, - Sarkisyan bildirib.
Sarkisyan, həmçinin bəyan edib ki, Dağlıq Qarabağdakı vəziyyətə dair Türkiyənin bəyanatı regionda yeni gərginlik yarada bilər.
“Qarabağda vəziyyətin tənzimlənməsi üçün hadisələrin araşdırılması mexanizmini tətbiq etmək və ATƏT-in monitorinqi üçün imkanları genişləndirmək lazımdır”, - Errmənistan prezidenti bəyan edib.
Bundan başqa, o, ATƏT-in sədrinin şəxsi nümayəndəsinin təmas xəttində pozuntuları qeydə alacaq səhra köməkçilərinin sayının artırılmasının lazım olduğunu qeyd edib.
“ATƏT Azərbaycanı 1994-cü ildə qəbul edilmiş atəşkəs rejiminə hörmət etməyə məcbur etməlidir, hələlik rejimi Bakı pozur”, - erməni dövlətçiliyinin rəhbəri bildirib.