Azərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir.
Diplomatın sözlərinə görə, bir həftə sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.
N.О.