"Bakı Enerji Həftəsi çox mühüm bir tədbirdir və çox həlledici bir dövrdə keçirilir".
Bu sözləri Oxu.Az-a özəl açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohuiddin deyib.
O bildirib ki, Pakistan Azərbaycanı dünyanın enerji ilə bağlı çoxsaylı çağırışlarla üzləşdiyi, xüsusilə də regionumuzun ciddi çətinliklər yaşadığı bir vaxtda belə əhəmiyyətli görüşə ev sahibliyi etdiyinə görə təqdir edir:
"Ümid edirik ki, bu görüş həmin çağırışların birlikdə həlli üçün birgə anlayışın və qarşılıqlı dəstəyin formalaşmasına töhfə verəcək".
"Həmçinin Azərbaycanı forumun ilk günündə D-8-ə üzv dövlətlərin enerji nazirlərinin 1-ci görüşünə ev sahibliyi etməsi münasibətilə təbrik edirik.
Pakistan Azərbaycanın yeni enerji mərkəzi, bərpaolunan enerji mərkəzi və tərəfdaşlar arasında daha geniş əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü bütün təşəbbüslərə tam dəstəyini ifadə edir", - deyə diplomat əlavə edib.