Azərbaycan səhiyyə nazirinin yeni müavini təyin olunub.
Oxu.Az-a daxil olan məlumata görə, müvafiq sərəncamla Rahim Əliyev səhiyyə nazirinin müavini təyin edilib.
R.Əliyev kollektivə təqdim olunub.
O, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti idi.