Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bu gün Astara və Lənkəran şəhərlərinə səfər edib.
Oxu.Az səfirliyin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, səfərin məqsədi Azərbaycanın cənub bölgəsi ilə yaxından tanış olmaq üçün rəsmilərlə, qeyri-hökumət təşkilatlari, siyasi partiyaların yerli nümayəndələri, həmçinin dini icmalara görüş keçirməkdir.