Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Süni intellekt Milli Qəhrəmanımızı canlandırdı
Milli Qəhrəman Natiq Qasımovun illər öncə əsir düşərkən italyan müharibə fotoqrafı Enriko Sarsini tərəfindən çəkilən fotoları bu dəfə fərqli formada sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Qafqazinfo"nun məlumatına görə, həmin şəkillər süni intellekt (Aİ) vasitəsilə hərəkətləndirilib.
Xocalıda Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda beş gün ac-susuz qalaraq təkbaşına döyüşən qəhrəmanın bu görüntüləri maraqla qarşılanıb.
Məlumat üçün deyək ki, onun həyat hekayəsi haqqında çəkilən "Oğul" sənədli filmi böyük rezonans doğurub.
Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Həmin görüntüləri təqdim edirik:
"Azərbaycanın Milli Qəhrəmanı" teqi üzrə xəbərlər
- Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva adına təqaüd proqramı TƏSİS EDİLDİ
- Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür
- Mübariz İbrahimovun anası: "O, yazdıqları ilə bizi olacaqlara öyrəşdirirdi"
- Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun doğum günüdür
- Allahverdi Bağırovun qızı: "Ağdamda atamın büstü qoyulacaq"