Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, sənədlə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I); 2024, № 3, maddə 247) 79.1.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 79.1.11-ci maddə əlavə olunur:
"79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının.".
Beləliklə, dəyişikliklə elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları tikintisinə icazə tələb olunmayan tikinti obyektləri siyahısına daxil edilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinə başsağlığı məktubları gəlməkdə davam edir
- Azərbaycanda nəqliyyatla bağlı yeni yaradılan holdinqin nizamnaməsi təsdiqləndi
- Fövqəladə vəziyyət və səfərbərlik haqqında qanunlara dəyişiklik edildi
- Bələdiyyələrlə bağlı üç qanuna dəyişiklik edildi
- Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər