Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankaradakı Prezident Kompleksində ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, toplantıda Azərbaycan və Ermənistan arasında sülh prosesi də müzakirə olunub.
Şuranın yekun bəyanatına əsasən, iclasda Azərbaycan və Ermənistan arasında sülh prosesində son müsbət irəliləyişlər nəzərə alınmaqla, ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə edilib. Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması və inkişafın təmin edilməsi istiqamətində Türkiyənin iradəsi bir daha təsdiqlənib.
Toplantıda həmçinin "Terrorsuz Türkiyə" təşəbbüsü, Ukrayna münaqişəsi, Yaxın Şərqdə vəziyyət kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.