"Türkmənistan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin nəticələrini yüksək qiymətləndirir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov AQEM-in Bakıda keçirilən VII Zirvə Toplantısında bildirib.
Berdiməhəmmədovun sözlərinə görə, Azərbaycan AQEM-ə sədrliyi zamanı qarşılıqlı əlaqələrin inkişafı və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsində qətiyyət və ardıcıllıq nümayiş etdirib, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə fəal şəkildə dəstək verib.
Türkmənistan Prezidenti qeyd edib ki, ölkə AQEM-i Asiyada sülhün, təhlükəsizliyin, qarşılıqlı etimadın və dayanıqlı inkişafın möhkəmləndirilməsinə töhfə verməyə yönəlmiş mühüm beynəlxalq platforma kimi qiymətləndirir.
O, həmçinin sammitın yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və konstruktiv iş üçün əlverişli şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.