Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Ermənistan Dubay aviaşousunda qəzadan sonra Hindistan qırıcılarının alışını dayandırır. İrəvan 1.2 milyard dollarlıq müqavilədən imtina etdi.
Ukrayna Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü sülh sazişinin şərtləri ilə razılaşdı. Avropa İttifaqı alternativ təkliflərdən imtina etdi.
Kiberpolis qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstəni ifşa etdi. Daxili İşlər Nazirliyi təfərrüatı açıqladı.
Goranboyda mənzillərinin döşəməsi çökən beşmərtəbəli bina söküləcək. Aidiyyəti qurumlar qərar qəbul etdilər.
20 gündən artıqdır Azərbaycanın tütün daşıyan yük avtomobilləri Gürcüstanla sərhəddə qalıb. TIR-ların gömrükdən buraxılmamasına səbəb nədir?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: