Bakı və Kiyev Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərinin tarixinə dair danışıqlar aparırlar.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
Daha öncə İlham Əliyevin 2017-ci ildə Ukraynaya səfər planlaşdırdığına dair məlumat yayılmışdı.
“Hazırda tərəflər səfərin tarixinə dair danışıqlar aparırlar”, - A.Mişenko bazar ertəsi Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş “dəyirmi masada” bildirib.
Səfər zamanı İlham Əliyev Ukrayna və Azərbaycan prezidentləri Şurasının altıncı iclasında iştirak edəcək.
N.O.
www.oxu.az