Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
VHP: "Vətəndaşların seçiminə təsir göstərilməyib"
"1 sentyabr seçkisində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılıb, onların seçiminə təsir göstərilməyib".
Oxu.Az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bəyanatında deyilir.
"Partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkisini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Assambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşüb, onlarla seçki mühitini müzakirə edib və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırıb", - bəyanatda bildirilib.
Qeyd edək ki, VHP-nin deputatlığa irəli sürdüyü 17 nəfərdən 3-ü Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə liderdirlər.