Azərbaycan prezidenti İlham Əliyev Xalça Muzeyinin yeni binasının ekspozisiya sahəsinin bədii tərtibatı, müasir texniki avadanlıqla təchiz edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2,0 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.