Bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşları Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanının dayandığı Ağdam-Xankəndi yoluna gəliblər.
Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Hazırda onlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tərəfindən məlumat verilir.
Belə ki, “Bloomberg”, BBC, “Reuters”, “Getty Images” kimi aparıcı media orqanlarının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları humanitar yüklər olan TIR-ların dayandığı ərazidə vəziyyətlə tanış olurlar.