Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir
Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini tanıyır, tam şəkildə dəstəkləyir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İraqın Kürdüstan regional vilayətində keçirilən referendumla bağlı bəyanatında deyilir.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə Oxu.Az-a məlumat verib: “Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə, qarşılıqlı anlaşma və dialoq şəraitində, İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”.
N.H.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir"
- Hikmət Hacıyev isveçli analitiklərlə Ermənistanla normallaşma prosesini müzakirə edib
- Koçaryanın ekstradisiyası: Bakı hansı konvensiyaya istinad edə bilər?
- Trampın köməkçisi: "Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır"
- Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"
Ən çox oxunanlar