Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

XİN Barroya cavab verdi: "Belə ikili yanaşma Fransanın riyakarlığını göstərir"
"Fransanın Ermənistana ölümcül silahlar tədarük etməsi və onun sülhə xidmət etməyən uzunillik anti-Azərbaycan mövqeyi, xarici işlər naziri Jan-Noel Barronun regionda gərginliyin yaranması ilə bağlı ifadə etdiyi narahatlıqla üst-üstə düşmür".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" hesabında bəyan edib.
O, Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı bəyanatına reaksiya verib.
XİN sözçüsü bildirib ki, bu ikili yanaşma Fransanın riyakarlığını göstərir.
"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm hadisə olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir. Bundan əlavə, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması cəhdləri təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir", - deyə Ayxan Hacızadə vurğulayıb.
France's supply of lethal weapons to #Armenia as well as long-lasting anti-Azerbaijani position that do not serve peace contradicts Minister Jean-Noël Barrot's @JNBarrot expressed concern over regional tensions. This duality exposes France's hypocrisy.
— Aykhan Hajizada (@Aykhanh) April 14, 2025
While the finalization of… https://t.co/mo0KC1YjlH
Qeyd edək ki, bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin başçısı jurnalistlərə Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə guya gərginlik olduğunu bildirib. Onun sözlərinə görə, Fransa bu vəziyyətdən narahatdır.

"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "Fransanın ikiüzlü siyasəti regionda davamlı sülh perspektivlərinə mane olur"
- XİN: "AŞPA prezidentinin Azərbaycan əleyhinə iddialarını qətiyyətlə rədd edirik"
- Rəsmi Bakı Fransanın xarici işlər nazirinə CAVAB VERDİ
- Myanmadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar varmı? - RƏSMİ
- Tailand və Myanmadakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? - RƏSMİ