Hazırda Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbəbləri, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri barədə səfirlərə obyektiv məlumatlar təqdim edilir.
E.Ə.
www.oxu.az