Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

XİN rəsmisi: "Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur"
"Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirilib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
XİN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib:
"Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur".

"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Bakı beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırdı
- Azərbaycan XİN-dən Ermənistana ÇAĞIRIŞ: "Minalarla bağlı dəqiq məlumat verin"
- Azərbaycan və Rusiya XİN başçıları arasında məktub mübadiləsi olub
- XİN: "Ermənistan beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb edilməlidir"
- İkinci Qarabağ müharibəsindən sonra 387 azərbaycanlı mina qurbanı olub