Azərbaycan Prezidenti İlham Əliyev Xoşbəxt Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin".