"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsində olan "Aztelekom" MMC-nin baş direktoru və "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri xüsusi dövlət rabitəsi ilə təmin olunacaqlar.
Oxu.Az President.Az-a istinadən xəbər verir ki, bununla əlaqədar "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişikliyi Prezident İlham Əliyev təsdiqləyib.
Qaynar xətt:
(055) 224 12 12