Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
“Report” xəbər verir ki, bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının Mətbuat Xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru prezidentinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
"COP29" teqi üzrə xəbərlər
- Ciddi perspektivlər vəd edən geosiyasi hadisə: Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyəti
- Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
- Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
- Sloveniya Azərbaycanla minatəmizləmə üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdır