Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyevin anım mərasimində iştirak edənlər arasında YAP rayon təşkilatlarının nümayəndələri, eyni zamanda baş nazirin müavini Əli Əhmədov, icra başçısı Hacıbala Abutalıbov, Siyavuş Novruzov, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev, Abel Məhərrəmov iştirak ediblər.
Ziyarətçilər mərhum prezidentin abidəsi önünə əklillər qoyub, onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.