Dövlət Miqrasiya Xidməti tərəfindən 62 nəfər əcnəbi saxlanılıb.
DMX-dən Oxu.Az-a verilən məlumata görə, iyulun 23-ü və 24-də qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, yeddisi Rusiya, ikisi Suriya, ikisi İraq, ikisi Özbəkistan, ikisi Türkiyə, biri Efiopiya, biri Sudan, biri Misir, biri Çin, biri Ukrayna və biri Latviya vətəndaşı olmaqla ümumilikdə 62 nəfər əcnəbi saxlanılıb.
Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və bir nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədi pozduqları məlum olub.
İki nəfər Pakistan və bir nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Azərbaycanda qanunsuz yaşayan 62 əcnəbi saxlanılıb - VİDEO
İlhamə Əbülfət
www.oxu.az