Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kimlər “Atalıq məzuniyyəti”nə çıxa bilər? - VİDEO
Bəzi dünya ölkələrinin qanunvericiliyində “atalıq məzuniyyəti” ilə bağlı müəyyən qaydalar var. Məsələn, Norveçdə bu, məcburidir və 14 həftəlikdir.
Son vaxtlar Azərbaycanda da sözügedən məsələ ilə bağlı bira sıra təkliflər irəli sürülüb. Belə ki, “atalıq məzuniyyəti” təklifi “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair “Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib. Ancaq demək olar ki, əksəriyyətimiz “atalıq məzuniyyətinin” nə olduğundan xəbərsizik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Əbülfət Məhərrəmov deyir ki, “atalıq məzuniyyəti” ödənişli olaraq müəyyən şərtlər daxilində qismən həyata keçirilə bilər.
Qurum rəsmisinin sözlərinə görə, əgər dünyaya gələn uşaq xroniki xəstəlikdən əziyyət çəkərsə və ya fiziki qüsurlu doğularsa, o zaman ödənişsiz məzuniyyət də vermək mümkündür.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilər iki həftə, ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın yeddi gün ödənişsiz məzuniyyətə çıxa bilər.
Sail Ağasəlimoğlu, Valeh Arifoğlu
www.oxu.az
"Norveç" teqi üzrə xəbərlər
- Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- Norveç XİN nümayəndəsi: "İqlim dəyişikliyindən dolayı daşqınlara məruz qalırıq"
- Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"
- Müstəmləkəçi Norveç: "Etalon" dövlət yerli xalqların hüquqlarını necə pozur?
Rəylər