30 
Noy
2018
14:21
39
433
5228
Virtual karabakh

Azərbaycan firavan ölkələr siyahısında 99-cu yerdədir

30 Noy, 2018
14:21
5228

Azərbaycan firavan ölkələr siyahısında 99-cu yerdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan firavan ölkələr siyahısında 99-cu yerdədir.

Oxu.Az xəbər verir ki, “Tərəqqi indeksi” (Prosperity Index) Britaniyanın “Legatum Institute” mərkəzi tərəfindən doqquz kateqoriyadan ibarət müxtəlif göstəricilər üzərində qurulub. 

Onlar ictimaiyyətin həyatının müxtəlif aspektlərini və rifah parametrlərini özündə əks etdirib: iqtisadiyyat, idaretmə, təhsil, tibb, təhlükəsizlik, şəxsi azadlıqlar, sosial kapital, ekologiya və sahibkarlıq. 

Araşdırmaların nəticəsinə uyğun olaraq, Azərbaycan 2018-ci ildə 99-cu yerdə Kambocca və Moldovanın arasında yerləşib.

Azərbaycan ən yaxşı göstərici təhsil sahəsində olub. Bu göstəricidə Azərbaycan 52-ci mövqedə qərarlaşıb. Təhlükəsizlik göstəricisi üzrə 59-cu, təhsil və biznesin inkişafı üzrə 69-cu yeri tutub. 

Ölkənin iqtisadiyyatı səviyyəsinə görə 83-cü yerdə qərarlaşıb. 

Ölkəmizdə ən pis göstərici ekoloji vəziyyətlə bağlıdır ki, Azərbaycan bu siyahıda 139-cu yeri, daha sonra sosial kapital üzrə 137-ci, dövlət idarəetməsi üzrə 119-cu, şəxsi azadlıqlarla bağlı 112-ci yeri tutub. 

Qeyd edək ki, siyahıda ilk beş yerdə Norveç, Yeni Zelandiya, Finlandiya, İsveçrə və Danimarka qərarlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri