16 
Avq
2013
16:25
59
10
17733
Virtual karabakh

“Lotu Quli”nin qardaşı “vor zakon” adını aldı

16 Avq, 2013
16:25
17733

“Lotu Quli”nin qardaşı “vor zakon” adını aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sxodka”da 7 nəfər “taclandırılıb”.

8 saylı cəzaçəkmə məntəqəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifova oğru statusu verilib. 

Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın oğru aləmindən bəhs edən məşhur “Prime Krime” saytı xəbər yayıb. 

Xəbərdə deyilir ki, N.Səlifovun da taclandırıldığı “sxodka” Ded Xasan klanı tərəfindən avqustun 14-də keçirilib.
 
“Sxodka”da 7 nəfərin “taclandırıldığı” bildirilir ki, onların da arasında Namiq Səlifovun adı çəkilir. Məlumata görə, “sxodka”nın keçirilməsi təşəbbüsü Qela Kardavadan gəlib. Vova Puxlıy, Maçik, Roland Şlyapa da “sxodka”da iştirak edib. 

Hamını təəccübləndirən məqam isə “sxodka”da Tbilisidən Paata Malenkiyin iştirakı olub. Hələlik “taclandırılan” yeni “qanuni oğru”lardan ancaq 4 nəfəri barədə məlumat verilir. Bunlardan biri bu statusa çoxdan iddialı olan, 42 yaşlı Tümen sakini Aleksandr Babanov, Lotu Qulinin qardaşı Namiq Səlifov, Roma Mostavoy və Samvel Berseqyandır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri