May
2019
16:04
17
73
5496
Virtual karabakh

Bu qurumlara yeni səlahiyyət verildi

3 May, 2019
16:04
5496

Bu qurumlara yeni səlahiyyət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə dair inzibati xətalar haqqında işlərə baxacaq və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edəcək.

Yəni İnzibati Xətalar Məcəlləsinə görə, həmin inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilir.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri