Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yerin təkindən bu hallarda istifadə etmək olar - Baş nazirin qərarı
“Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı” təsdiq edilib.
Oxu.Az-ın xəbərinə görə, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:
1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;
2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;
3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;
4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;
5. yer təkinin geoloji öyrənilməsi hallarında;
6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;
7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.
Rəylər