31 
May
2019
02:35
300
26
8359
Virtual karabakh

Kiyevdə insult keçirən Milli qəhrəmanımız Zabit Quliyev vətənə dönüb - YENİLƏNİB - FOTO/VİDEO

31 May, 2019
02:35
8359

Kiyevdə insult keçirən Milli qəhrəmanımız Zabit Quliyev vətənə dönüb - YENİLƏNİB - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Qəhrəman Zabit Quliyev Azərbaycana dönüb.

Oxu.Az xəbər verir ki, onun gəldiyi təyyarə gecə saatlarında Heydər Əliyev adına Hava Limanında enib. Burada onu döyüş yoldaşları, yaxınları qarşılayıb. 

Z.Quliyevin bundan sonrakı müalicəsi Neyrocərrahiyyə Xəstəxanasında davam etdiriləcək.

***

01:50

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli qəhrəmanımız Zabit Quliyev Vətənə yola salınıb.

AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.

A.Xudiyev bildirib ki, Zabit Quliyevin müalicəsi Bakıda davam etdiriləcək. O, artıq kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirə bilir.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.

Prezident İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli Qəhrəmanın səhhəti ciddi nəzarətə götürülüb.

Hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib, yenidən müayinəsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri