19 
Okt
2019
10:20
172
167
30354
Virtual karabakh

Vilayət Eyvazovdan növbəti - TƏYİNAT

19 Okt, 2019
10:20
30354

Vilayət Eyvazovdan növbəti - TƏYİNAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovniki Mehdi Təmrazov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Nazirin digər əmrinə əsasən, onun yerinə polis polkovnik-leytenant Əli Abdullayev təyinat alıb. 

Ə.Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışıb.

Hələlik onun yerinə təyinat yoxdur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri