28 
Okt
2019
10:58
51
307
7585
Virtual karabakh

Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxdı - AÇIQLAMA + FOTO

28 Okt, 2019
10:58
7585

Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxdı - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli sökülüb.

Oxu.Az xəbər verir ki, şəhər bazarının yaxınlığında yerləşən heykəl bir neçə gündür yerindən götürülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a bildirib ki, şairin heykəli adına layiq yerə köçürülür. 

“Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş “Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, –  E.Qocayev deyib. 

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri