Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ölkəyə qida məhsulları gətirmək üçün elektron sistem yaradılır - YENİLİK
Sahibkarlar Azərbaycana qida məhsullarını gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə elektron sistem vasitəsilə müraciət edəcək.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib.
Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq:
“Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da, sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər”.
S. Rüstəmli bəzi sahibkarlara da xəbərdarlıq edib:
“Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaqlar. Eyni zamanda, ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər”.
İlhamə Əbülfət
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Ukraynadan gətirilərək ölkəmizdə 11 manata satılan ətlərin mənşəyi nədir?
- AQTA: "Azərbaycanda quş qripi xəstəliyinə rast gəlinməyib"
- Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları
- "E-Qidam" mobil tətbiqi ictimaiyyətə təqdim olunub
- AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətləri aradan qaldırıb
Rəylər