14 
Noy
2019
17:11
189
54
14794
Virtual karabakh

Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - ÖZƏL

14 Noy, 2019
17:11
14794

Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstilik Enerjisinin İstifadə Qaydaları” haqqında sənəd Nazirlər Kabinetinə təqdim edilib və orada baxılaraq, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara göndərilib.

Bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, qaydalar ilkin razılaşdırma mərhələsindən keçib:

“Hazırlanan qaydalar qurumlarla sonuncu razılaşdırma mərhələsindədir. Bu sənəd İqtisadiyyat, Maliyyə, Energetika, Ədliyyə Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azəristiliktəchizat” ASC-nin rəhərlikləri imzalayandan sonra Nazirlər Kabinetinə təqdim ediləcək”.

İ.Mirzəliyeva qeyd edib ki, “İstilik Enerjisinin İstifadə Qaydaları” vacib və mükəmməl sənəddir:

“Bütün münasibətlər bu qaydalarla tənzimlənəcək. Burada temperaturun rejimi, pis istilik verilsə, onun haqqı necə ödənilməli, texniki şərtin alınması, istiliyin dəyəri, şikayətlərin bildirilməsi və sair məsələlər o qaydalarda tam olaraq öz əksini tapacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri