Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gələn ildən Rusiyanın bu bölgəsində azərbaycanlılar avtobus idarə edə bilməyəcək
Rusiyanın Xabarovsk vilayətində azərbaycanlı avtobus sürücüləri gələn ildən avtobus idarə edə bilməyəcəklər.
Oxu.Az-ın xəbərinə görə, Xabarovsk qubernatoru Sergey Furqal Azərbaycan, Tacikistan, Özbəkistan və Moldova pasportları olan şəxslərin 2020-ci ildə avtobus idarə etməsinə qadağa qoyub.
Bu səbəbdən Xabarovskda mövcud sürücülərin təxminən beş faizi işlərini itirəcək.
Xabarovsk şəhəri və Xabarovsk rayonu Məşğulluq Mərkəzinin rəhbəri Yelena Danilenko bununla bağlı 30 vakansiya elan edildiyini və artıq beş nəfər D kateqoriyalı sürücünün müraciət etdiyini bildirib.
Qeyd edək ki, qadağa Avropa İqtisadi Birliyinə üzv olan ölkələrin - Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarus vətəndaşlarına təsir göstərməyəcək.
Günel Murad
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Rəylər