Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd edilib.
Hesabata əsasən, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə beynəlxalq sənədlərə Azərbaycanın qoşulması istiqamətində tədbirlər görülməkdədir.
Könül Cəfərli
Rəylər