Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Səfir: Nizami Gəncəvini yuxuda gördüm, mənə dedi ki...
Dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm və Azərbaycanı çox sevirəm.
Oxu.Az-ın məlumatına görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie media nümayəndələri ilə keçirdiyi görüşdə deyib.
O bildirib ki, ikinci dəfə dünyaya gəlmək şansı olsaydı, Bakını seçərdi.
Səfir qeyd edib ki, xanımı dörd ildir İndoneziyaya getmir.
“Xanımım Bakını çox sevir. O, İndoneziyaya getmək istəmir”, - deyə səfir əlavə edib.
Husnan Bey Fananie qeyd edib ki, vücudu Azərbaycan mətbəxi və Xəzər dənizinin suyu ilə zənginləşib.
O bildirib ki, Nizami Gəncəvinin yaradıcılığını dərindən öyrənmək istəyir.
“Mən Nizami Gəncəvini yuxuda görmüşəm. Əlində kitablar var idi. Mənə dedi ki, sən Azərbaycanda xarici vətəndaşsan, amma mənim haqqımda Azərbaycan xalqından çox bilirsən.
Bu, tədbirlərdəki görüşlərdən deyildi, çox fərqlənirdi. Mən yuxudan oyandım və tez bir zamanda Nizami Gəncəvi haqqında araşdırmalara başladım. Mən düşünməyə başladım ki, Nizami Gəncəvini dünyada necə tanıtmaq olar.
İndoneziyaya getdim və Nizami Gəncəvi barədə film istehsalçılarından biri ilə danışdım. Biz və Azərbaycan “Leyla və Məcnun” filmini çəkdik. Filmdə Leyla indoneziyalı, Məcnun isə azərbaycanlıdır. Filmin çox hissəsi Bakıda, bir hissəsi isə İndoneziyada çəkildi. Bu, iki xalqın, iki mədəniyyətin filmidir. Çox qeyri-adi və gözəl filmdir”.
Aqşin Kərimov
"Bakı" teqi üzrə xəbərlər
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı
- Bakıda pişiyi eyvandan salladılar, işgəncə verdilər
- Dünyanın ən bahalı şəhərlərinin son reytinqi: Bakı neçənci yerdədir?
Rəylər