29 
Dek
2019
15:27
12
103
3361
Virtual karabakh

Bakıda bu ərazidə qaz yoxdur

29 Dek, 2019
15:27
3361

Bakıda bu ərazidə qaz yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sulutəpə qəsəbəsində təbii qaz verilişində fasilə yaranıb.

Bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat veriblər.

Bildirilib ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir qismində təbii qazın verilişi dayandırılıb.

İlkin məlumatlara görə, buna səbəb ərazidə baş verən qəza səbəbindən qaz kəmərinin zədələnməsidir.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a bildirilib ki, təhlükəsizlik məqsədilə əraziyə təbii qazın verilişi dayandırılıb:

“Hazırda ərazidə təmir işləri aparılır. Saat 18:00-dək ərazidə qazın verilişi bərpa olunacaq”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri