Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BDU-nun tələbəsi karantinə alındı - YENİLƏNİB
Karantinə alınan tələbə ayın 27-də 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məsələ ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub:
“Yanvar ayının 27-si respirator infeksiya ilə KTM-ə mürəciət edib. Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir. Hazırda xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq”.
14:56
“Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:
“Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.
C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər