2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu vəfat edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, Q.Hacıyev gecə saat 2 radələrində müalicə aldığı “Ege Hospital”da vəfat edib.
Qeyd edək ki, Q.Hacıyev 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.
Son olaraq, 2018-ci ilin oktyabrında vəziyyəti pisləşən qazimiz “Ege Hospital”a yerləşdirilmişdi. Q.Hacıyevin müalicəsi ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva göstəriş vermişdi. Oktyabrın 27-də qazimiz komadan ayılmışdı.
Samir İsayev
Rəylər