24 
Fev
2020
09:55
12
96
5409
Virtual karabakh

Bu rayonda qaz olmayacaq

24 Fev, 2020
09:55
5409

Bu rayonda qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu ərazisində təbii qazın verilişi dayandırılıb. 

Oxu.Az xəbər verir ki, sakinlər axşam saatlarından təbii qazın verilişində fasilə yarandığını bildiriblər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib. 

Onun sözlərinə görə, paytaxtın Nizami rayonu ərazisində qəza baş verib:

“Nizami rayonu, Naxçıvanski 31 ünvanında diametri 79 mm olan qaz kəməri avtomobillə vurularaq dirəklərdən salınıb. Qaz sızmasının qarşısının alınması məqsədilə fevralın 24-ü tarixində saat 00:10-dan etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Problem təqribən 500 abonenti əhatə edir. Bu gün səhər saatlarında başlanılan bərpa işləri gün ərzində tamamlanacaq”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri