25 
Fev
2020
14:28
33
168
6244
Virtual karabakh

İrandan gələn dörd nəfər xəstəxanaya yerləşdirildi

25 Fev, 2020
14:28
6244

İrandan gələn dörd nəfər xəstəxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir:

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha dörd nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır.

19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində altı nəfər var.

Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən üçünün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər üç nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.

Qeyd edək ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri