Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Azərişıq” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb
“Azərişıq” ASC-nin kollektivi də koronavirusla mübarizəyə dəstək verib.
Oxu.Az xəbər verir ki, “Azərişıq” ASC COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.
Belə ki, ASC-nin rəhbərliyi bir aylıq əməkhaqqını tam, digər əməkdaşları isə öz aylıq əməkhaqlarının bir qismini Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir.
Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
Rəylər