Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda işdən çıxarıldığını iddia edən kitabxanaçı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana müdiri Təranə Mahmudova qanunsuz olaraq işdən çıxarıldığını iddia edib. Sosial şəbəkədə yayılan videoda qadın məktəbin direktoru Samir Mehdizadənin onu işdən çıxardığını deyib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanıb.
Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxana işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranıb.
Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 05 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib.
Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur.
Onu da qeyd edək ki, Təranə Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
Rəylər