Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi karantinin yumşaldılmasının əsas fəsadlarını açıqladı
“Dünyanın bir çox ölkəsində xüsusi karantin rejiminin yumşaldılması mərhələsinə başlanılıb. Bununla yoluxma sayı artıb və bu, gözlənilən idi”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Sədr qeyd edib ki, hazırda əsas vəzifə ictimai səhiyyə xidmətlərini gücləndirməkdir:
“Zəruri olmadıqca evdən çıxmamalıyıq, sosial məsafəni qorumalıyıq, sanitar-gigiyena tədbirlərinə əməl etməliyik”.
“Bizim qurum peyvənd üzərində işləri sürətləndirmək üçün bir çox tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Virusun kökünün kəsilməsində milli və qlobal səhiyyədə həmrəylik nümayiş etdirilir”.
İlhamə Əbülfət