“Hazırda ölkədə koronavirus pandemiyasının ikinci dalğası yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizində isə daha ağır simptomlar qeydə alınıb:
“Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4,5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.
İlhamə Əbülfət
Rəylər