Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
TƏBİB-dən Cəlilabad xəstəxanasındakı vəziyyətlə bağlı AÇIQLAMA
“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında xəstələrin istifadə etdiyi ləvazimatların bu formada mərkəzin həyətinə atılması qəbuledilməzdir”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, pandemiya xəstəxanalarında istifadə edilən ləvazimatların xüsusi qaydalar əsasında utilizasiyasına ciddi nəzarət olunmalıdır:
“Bu mənzərə bizi çox üzdü. Təəssüf ki, belə bir hal yaşanıb. Çox həssas məqamdır və gərək diqqətli olsunlar. Xəstəxananın həyətində o şəkildə qalması yolverilməzdir. Bu istiqamətdə xəstəxana rəhbərliyi ilə danışıqlar aparılıb. Belə halların təkrarlanmaması üçün tədbir görülüb”.
Könül Cəfərli
Rəylər