Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hikmət Hacıyev təcili tibbi yardımın gecikməsi məsələsindən danışdı
“Təcili tibbi yardım maşınlarının gecikməsi ilə bağlı bir müddət problem olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, buna səbəb müraciətlərin çoxluğu olub:
“Lakin epidemioloji vəziyyətə nəzarət məqsədilə atılan addımlar analiz edilir. Biz insanları narahat edən bütün problemlərə diqqət ayırırıq. Amma bütün hallarda tibb strukturlarının üzərinə düşən yük nəzərə alınmalı və bir qədər obyektiv yanaşılmalıdır.
COVID-19 müraciəti ilə yanaşı, digər xəstəliklər üzrə də təcili tibbi yardıma müraciət çox olduğundan bir qədər çətinlik yaranmışdı. Lakin düşünürəm ki, bu məsələ müəyyən qədər tənzimlənib”.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər